Haqqımızda

ABSP 2016-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərən peşəkar konsaltinq şirkətidir. Biz yerli və beynəlxalq şirkətlərə biznesin qurulması və Azərbaycan bazarına daxilolma, maliyyə idarəçiliyi, mühasibat uçotu və vergi, idarəetmə, insan resursları və miqrasiya, eləcə də hüquqi xidmətləri əhatə edən kompleks həllər təqdim edirik.

Biznes inkişaf etdikcə onun idarə olunması daha sistemli yanaşma tələb edir. ABSP olaraq, biznes sahibləri və rəhbərlərinin qarşılaşdığı maliyyə, hüquq, vergi, HR və idarəetmə məsələlərinə ayrı-ayrı problemlər kimi deyil, biznesin bütöv strukturunun bir-biri ilə əlaqəli elementləri kimi yanaşırıq. Maliyyə planlaşdırılması və təhlili, biznes proseslərinin optimallaşdırılması, KPI sisteminin hazırlanması, hüquqi uyğunluğun təmin edilməsi və HR proseslərinin idarə olunması kimi sahələrdə praktik həllər hazırlayırıq.

Xidmət modelimizin əsas üstünlüyü müxtəlif ekspertiza sahələrinin vahid yanaşma çərçivəsində birləşdirilməsidir. Hər bir müştərinin biznes modelini, fəaliyyət sahəsini və inkişaf məqsədlərini nəzərə alaraq fərdi həllər hazırlayır və yalnız məsləhət verməklə kifayətlənməyərək onların praktiki tətbiqini də dəstəkləyirik. Məqsədimiz biznes sahibləri və rəhbərləri üçün etibarlı tərəfdaş olmaq, daha düzgün qərarlar qəbul etmələrinə, riskləri azaltmalarına və bizneslərini daha sistemli və dayanıqlı şəkildə inkişaf etdirmələrinə dəstək göstərməkdir.

Missiyamız

Peşəkar bilik və təcrübəmizi biznes sahibləri və rəhbərləri ilə birgə çalışaraq, bizneslərin səmərəli idarə olunmasına və dayanıqlı inkişafına real dəyər qazandıran praktik həllərə çevirmək.

Vizyonumuz

Azərbaycanda və beynəlxalq biznes mühitində peşəkarlığı, etibarlılığı və kompleks yanaşması ilə tanınan aparıcı biznes konsaltinq tərəfdaşına çevrilmək və biznes sahibləri və şirkət rəhbərləri üçün ilk seçim olmaq.

Dəyərlərimiz

Etibarlılıq · Peşəkarlıq · Şəffaflıq · Məsuliyyət